“Florens” qurbanlarının sayı 37 oldu

florens-qurbanlarinin-sayi-37-oldu
Oxunma sayı: 663

ABŞ-ın Şimali və Cənubi Karolina, Virciniya əyalətlərində başlayan “Florens” qasırğasında ölənlərin sayı 37-yə yüksəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sel suları altında qalan avtomobildəki 2 qadın boğularaq can verib.

“Florens” heyvanların ölümünə də səbəb olub. Belə ki, su altında qalan 3,4 milyon toyuq və hind quşu tələf olub.