“Florens”in ABŞ-a vurduğu maddi ziyan açıqlandı

florensin-abs-a-vurdugu-maddi-ziyan-aciqlandi
Oxunma sayı: 1655

“Florens” qasırğasının ABŞ-a vurduğu maddi ziyan hesablanıb.

“Qafqazinfo”  “Wall Street Journal”a istinadən xəbər verir ki, qasırğanın zərəri 38-50 milyard dollar dəyərindədir. Hesablamalar dağıntılar, daşınmaz əmlaka və nəqliyyat vasitələrinə dəyən ziyan nəzərə alınmaqla aparılıb. Sığorta şirkətləri isə 1,7-5 milyard dollaradək ödəmələr edib.

Bununla da “Florens” ABŞ tarixində ən dağıdıcı yeddinci qasırğa olub.