Florensiyada küçədə yemək yeyənlər cərimələnəcək

florensiyada-kucede-yemek-yeyenler-cerimelenecek
Oxunma sayı: 1239

İtaliyanın Florensiya şəhərində sakinlərə səkilərdə yemək yemək qadağan edilib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, qadağa şəhərin əsasən daha çox turistlərin ziyarət etdiyi küçələrinə aiddir. Səkilərdə, mağazaların qarşısında və yaşayış evlərinin önündə oturaraq qida qəbul etmək sakinlərə və turistlərə qadağandır.

Qadağanı pozan şəxslər 500 avro cərimələnəcək. Qadağa əsasən günorta saat12:00-15:00, axşam 18:00-22:00 radələrinə aiddir.