Flydubai Avro 2012-yə yol açır

flydubai-avro-2012-ye-yol-acir
Oxunma sayı: 653

Dubayın Flydubai aviaşirkəti Ukraynanın Kiyev, Xarkov və Donetsk şəhərlərinə uçuşlara başlayaraq Fars körfəzi, Kiçik Asiya, Afrika, Hindistan regionu və Avropanın bir hissəsini əhatə edən marşrut şəbəkəsini 44-ə çatdırıb. Şirkətin Bakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu ölkəyə hava yolunun açılması futbol həvəskarlarına 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatına asanlıqla yola düşməyə imkan verəcək. Futbol üzrə Avropa çempionatının yarışları Flydubai-ın hava yolu açdığı hər üç şəhərdə baş tutacaq. Final oyunu Kiyevdə keçiriləcək.

Dubay – Kiyev reysinə biletlər 195 ABŞ dollarından başlayır. Əks istiqamətə - 205 ABŞ dolları. Biletin qiymətinə bütün vergilər, çəkisi 7 kiloya qədər olan əl yükü və 20 kiloya qədər olan baqaj yükü daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Nigar Məmmədli