Flydubai “ən yaxşı” olub

flydubai-en-yaxsi-olub
Oxunma sayı: 635

Şirkətin Bakıdakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sorğuda 500 rezident regionda qiymət və keyfiyyət nisbəti üzrə ən yaxşı aviaşirkətin adlarını açıqlayıblar. Cəmi iki il bundan öncə kommersiya uçuşlarına başlayan Flydubai 31% səs toplayaraq ilk yeri tutub. İkinci yeri, 13% az səs alan, Dubayın Emirates aviaşirkəti qazanıb. Üçüncü pillədə, Şərçada yerləşən Air Arabia aviaşirkəti yer alıb. Abu Dabinin Etihad Airways aviaşirkəti Flydubai-dan 24% az, Emirates-dən isə 11% az səs toplayaraq (7%) liderlər siyahısından kənarda qalıb.
Sorğunun təşkilatçısı, Real Opinions tədqiqat şirkəti olub.

Nigar Məmmədli