Flydubai Serbiyaya yol açdı

flydubai-serbiyaya-yol-acdi
Oxunma sayı: 652

Şirkətin Bakıdakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, uçuşlar bu il Noyabrın 10-dan etibarən başlanacaq. Belqrad Flydubai-ın sürətlə artan, Azərbaycan da daxil olan, şəbəkəsinin (Fars körfəzi, Asiya, Afrika, Avropa, Yaxın Şərq və Hindistan yarımadası şəhərləri daxil olmaqla) 46-cı istiqaməti olacaq. Keçən həftə Ukraynanın Kiyev, Xarkov, Donetsk şəhərlərinə ilk uçuşlar baş tutub. Cari həftədə Flydubai Rusiyanın Kazan və Ufa şəhərlərinə, noyabr ayının 4-dən isə Gürcüstanın paytaxtı Tbilisiyə hava yolu açacaq.

Dubay – Belqrad reysinin qiyməti 220 ABŞ dollarından başlayır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır.

Nigar Məmmədli