Flydubai sərnişinlərini avtobusla da daşıyacaq

flydubai-sernisinlerini-avtobusla-da-dasiyacaq-
Oxunma sayı: 648

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 15-dən Abu Dabi və Əl Əyn şəhərlərindən Dubay beynəlxalq aeroportunun 2-ci Terminalı istiqamətində avtobus xidməti istifadəyə veriləcək. Avtobuslar gün ərzində Abu Dabidən dörd, Əl Əyndən isə üç səfər yerinə yetirəcəklər. Flydubai şirkətinin baş meneceri Qeyt Əl Qeytin bildirdiyinə görə, yeni xidmət sərnişinlərin 2-ci Terminaldan daha rahat istifadə etməsinə yönəlmiş ilk addımdır.

Avtobusla sərnişindaşıma xidməti şirkətin əlavə xidmətidir və aviabiletlərin alışı və bronlaşdırımasından ayrı həyata keçirilir. Avtobusların hava limanına gəliş və getmə vaxtları uçuşların vaxtı ilə tam uzlaşmasa da, müəyyən edilmiş qrafiklərin tətbiqi nəticəsində flydubai-ın həyata keçirdikləri reyslərinin əksəriyyəti ilə uyğun olacaq. Biletlərin qiyməti 11 ABŞ dollarıdır.

Nigar Məmmədli