Flydubai Tbilisiyə uçacaq

flydubai-tbilisiye-ucacaq-
Oxunma sayı: 655

Bu Birləşmiş Ərəb Əmirliklərindən Gürcüstana hava nəqliyyatı həyata keçirən yeganə hava yoludur. “Qafqazinfo”nun məlumatına görə, Gürcüstanın iqtisadiyyat və inkişaf nazirinin müavini Qeorqi Karbelaşvili hadisəni təqdir edərək, flydubai-ın Tbilisi şəhərinə marşrut açmasını yüksək qiymətləndirərək, ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsində vacib mərhələ adlandırıb.
flydubai artıq keçmiş Sovet İttifaqının beş dövlətinə hava uçuşları həyata keçirir: Azərbaycana (Bakı), Rusiyaya (Yekaterinburq, Samara, tezliklə - Kazan və Ufa), Ukraynaya (Kiyev, Xarkov, sentyabrdan – Donetsk), Ermənistana (Yerevan) və Türkmənistana (Aşqabat).
Tbilisi şəhərinə uçuşlar 2011-ci ilin noyabr ayından etibarən, həftədə iki dəfə həyata keçiriləcək. Dubay-Tbilisi marşrutuna biletin qiyməti 270 ABŞ dollarından başlayır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır.

Nigar Məmmədli