“Flydubay” hava donanmasının sayını 19-a çatdırdı

flydubay-hava-donanmasinin-sayini-19-a-catdirdi-
Oxunma sayı: 643

Şirkətin Bakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, cari ildə aviaşirkət artıq 8 təyyarəyə sahib olub. ABŞ-ın Siyetl şəhərindəki təyyarə zavodunda inşa edilmiş Boeing 737-NG800 artıq Dubaydadır və şirkətin 38 istiqamətlik uçuş marşrutuna əlavə olunacaq.

Yeni, dəyəri 80 mln. ABŞ dolları olan Boeing 737-800 NG, Farnboro aviasərgisində “Flydubay”ın 50 ədəd təyyarə sifarişi çərçivəsində şirkətə çatdırılıb. Bu “Flydubay” sərnişinlərin rahatlıq və komfortu üçün yeni Sky Interior dizaynı və Fibre-To-The-Screen mütərəqqi əyləncə sistemi ilə təchiz edilmiş sayca 12-ci Boeing təyyarəsidir. 2009-cu ilin iyununda Dubay-Beyrut reysi ilə fəaliyyətə başlayan “Flydubay” artıq uçuş marşrutlarının sayını 38-ə çatdıraraq Azərbaycan, Pakistan, Şri Lanka, İrak, Ukrayna, Rusiya və s. istiqamətlərə uçuşlar həyata keçirir.
“Flydubay” uçuşların əlverişli, qiymətlərin isə münasib olmasına çalışır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.

Nigar Məmmədli