Fokus alınmadı - Xanımı yandı

fokus-alinmadi
Oxunma sayı: 644

Rusiyanın Smolensk vilayətində bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadan xəbər verir ki, kişi yemək masası arxasında xanımına fokus göstərmək istəyib. O, ağzına doldurduğu spirtli içkini püskürərək od vurub. Bu zaman onu izləyən xanımı yanıq xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

İnsident apreldə baş verib. Yaxın günlərdə məhkəmə işinin başlayacağı açıqlanıb.