“Follow me” bu dəfə Azərbaycan və Ermənistanda - Foto

follow-me-bu-defe-azerbaycan-ve-ermenistanda
Oxunma sayı: 644

Məşhur blogger, fotoqraf Murad Osman “Follow me” layihəsi üçün bu dəfə Azərbaycan və Ermənistanı seçib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq Azərbaycanda, daha sonra Ermənistanda olan səfərdə blogger iki ölkə arasındakı düşmən münasibətlərinə diqqət çəkərək “nifrət nifrəti öldürə bilməz, bunu ancaq sevgi bacarar” sözlərini yazıb. 

Qeyd edək ki, əslən Dağıstandan olan Murad Osmana məhz bu layihəsi dünya şöhrəti qazandırıb. Məşhur fotolarında isə ənənəvi olaraq model həyat yoldaşı Natalya Zaxarova çəkilir.