Fond 20 illik yubileyini qeyd etdi

fond-20-illik-yubileyini-qeyd-etdi-
Oxunma sayı: 641

Bu münasibətlə “Park İnn” hotelində düzənlənmiş təntənəli tədbirdə təşkilatın fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Milli Məclisin sədr müavini Bahar Muradova, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, BMT Baş qərargahının təmsilçisi Andrey Abramov və başqaları çıxış edərək, BAMF-ın vətəndaş cəmiyyəti quruculuğundakı xidmətlərini qeyd ediblər.

BAMF-ı ölkə üçün QHT örnəyi kimi təqdir edən Azay Quliyev təşkilatın rəhbəri Umud Rəhimoğluna təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Beynəlxalq Avrasiya Mətbuat Fondunun media və sosial yönümlü, eləcə də ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsi, gənclər siyasətinin reallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrdə yüzlərlə Azərbaycan vətəndaşı çalışır, region gəncləri öz arzu və istəklərinə uyğun peşə seçimi edə bilirlər. Təşkilatın cəbhə bölgələrinə yaxın Tərtərdə, Füzulidə və başqa rayonlarda yaratdığı resurs mərkəzlərində yerli əhalinin, xüsusən gənclərin məşğulluğunun artırılması üçün mühüm işlər görülür.”