Fond gəlirlərini açıqladı

fond-gelirlerini-aciqladi
Oxunma sayı: 652

DSMF-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu il DSMF gəlirləri 1833, 9 mln manat təşkil edib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15, 2 faiz və ya 131, 8 mln manat artaraq 1000, 4 mln manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 61, 2 faizi və ya 612, 5 mln manatı qeyri-büdcə sektorunun payına düşür. Ümumilikdə, DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100, 4 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib.

2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxil olmalar 5, 2 mln manat təşkil edib. Daxil olmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1809, 6 mln. manat olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7, 9 faizlik artım tətbiq olunub.

Bu ilin yanvar-sentyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 41, 6 mln. manat məbləğində müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 35, 1 mln manat təşkil edilib.