“Fonddan büdcəyə 76 milyard dollar transfer edilib”

fonddan-budceye-76-milyard-dollar-transfer-edilib
Oxunma sayı: 1292

“Son 10 ildə Dövlət Neft Fondundan büdcəyə 76 milyard dollar transfer edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ziyad Səmədzadə Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib. O qeyd edib ki, prezident İlham Əliyev 2 milyard ton neftin çıxarılması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirdi ki, bu sahədə əldə edilən uğurlar Azərbaycan neftçilərinin gərgin əməyinin nəticəsidir. 

Belə ki, son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfer edilib. Həmçinin son illərdə Azərbaycanda bir sıra yeni sənaye müəssisələri yaranıb: “Hesab edirəm ki, onlara innovativ yeniliklər tətbiq edilməlidir və təkmilləşdirilməlidir. Bu sənaye parklarında 600 milyon manatlıq məhsul istehsal olunub. Sənaye parkları respublikanın müxtəlif yerlərində fəaliyyət göstərir. Texnoparklar, sənaye məhəllələri vergilərdən azaddır.  Bunlar vergidən azad olmayasdı, büdcənin gəlirləri daha çox olardı. İqtisadi potensial artdıqca, belə müəssilərin vergidən azad olması halları aradan qalxacaq”.

 Günel Türksoy