Fondun rəhbərliyinə namizədlər irəli sürüldü

fondun-rehberliyine-namizedler-ireli-suruldu
Oxunma sayı: 657

Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcək. 

Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. 

Müşahidə Şurasının üzvlüyünə aşağıdakı şəxslərin namizədliyi irəli sürülüb:

Jurnalist təşkilatlarından:

1.    Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;
2.    Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;
3.    Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;
4.    Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,
5.    Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;
6.    Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;
7.    Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;
8.    Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
9.    Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.

Kütləvi informasiya vasitələrindən:

1.    Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;
2.    Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş redaktoru;
3.    Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;
4.    Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;
5.    Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;
6.    Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;
7.    Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;
8.    Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;
9.    Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.