Şok: Azərbaycanda mənfi 55 dərəcə şaxta – Foto

sok-azerbaycanda-menfi-55-derece-saxta-foto
Oxunma sayı: 781

Nəqliyyat Nazirliyi tərəfindən quraşdırılan bu dayanacaqların böyük məbləğə başa gəldiyi bildirilir. Yeni dayanacaqlar köhnələrdən bir neçə göstəricisinə görə fərqlənir. Yenilər saatı, avtobusların gəlmə vaxtını və həmçinin havanın temperaturunu göstərir. Amma deyəsən dayanacaqlar keyfiyyətli deyil. Onsuz da şaxtalı, boranlı günlərdə bu dayanacaqlardakı temperatur göstəriciləri sakinləri daha da “dondurub”. Belə ki, Heydər Əliyev prospektində yerləşən bir neçə dayanacaq havanın temperaturunun -55 dərəcə olduğunu göstərir. -5 dərəcədə həyatı dayanın paytaxtımız -55 dərəcədə nə edə bilər ki?…

-55 dərəcəli dayanacaqlardan birinin fotosu Facebookda da yayılıb. Həmin fotonu təqdim edirik. Çalışın donmayın!