Xəbərdarlıq: Çölə çıxmayın!

xeberdarliq-cole-cixmayin
Oxunma sayı: 661

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Həftənin sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40 dərəcəyə, aran rayonlarında və Naxçıvan MR-da 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Abşeron yarımadasında həftənin sonunadək davam edəcək kəskin istilər, xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir. Günün qızmar vaxtında açıq havada olmaq məsləhət görülmür.

Nigar Məmmədli