ŞOK!- Ermənilər Azərbaycana səs veriblər

sok-ermeniler-azerbaycana-ses-veribler
Oxunma sayı: 643

“Bu, çox önəmli hadisələrdir. İstər Beynəlxalq Şahmat Federasiyasının (FİDE), istərsə də Azərbaycan tərəfi bu istiqamətdə əlindən gələn işləri görüb”. “Qafqazinfo”nun apasport.az saytına istinadən verdiyi məlumata görə, bunu FİDE-nin vitse-prezidenti Georgios Makropulos deyib.

FİDE rəsmisi Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə əlaqədar müqavilənin rəsmi imzalama mərasimində indiyədək müxtəlif ölkələrdə keçirilmiş analoji şahmat turnirləri arasında ən yaxşısı olacağına inandığını deyib: “Dünya Kubokunda 128 iştirakçı, Şahmat Olimpiadasında isə 170-dən çox ölkə, 3000-dən çox iştirakçının gəlişi gözlənilir. Bir neçə gün ərzində gördüklərimizə, razılaşdırdıqlarımıza əsasən, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun “Bu olimpiada yaxşıların yaxşısı olacaq” sözlərini təsdiqləyirəm. Bu, dünya şahmat olimpiadası tarixinə həqiqətən də ən yaxşısı kimi düşəcək. Sadəcə, təfərrüatları müzakirə edərkən, hər iki tərəfin maksimum gücünü ortaya qoya bilməsinə çalışdıq. Hazırlıq prosesinə peşəkarlar cəlb olunacaqlar. Bizə könüllülər də lazım olacaqlar. Özümüz də hazırlıq prosesinin məhz 4 il əvvəldən başlanması prosesi ilə üzləşirik. Oyun zalının özü bizə fantastik bir məkan olacaq. Azərbaycan bütün dünyada yanacaq, neft istehsalçısı kimi məşhurdur. Bakıya ilk səfərim zamanı belə qənaətə gəldim ki, burada çox zəkalı insanlar da istehsal olunur. Ona görə də bu tədbirlərin yüksək səviyyədə keçirilməsini gözləyirəm”.

Makropulos bildirib ki, Azərbaycan bu yarışları keçirmək iddiasını irəli sürdükdə, heç bir ölkə əleyhinə çıxmayıb: “FİDE Baş Assambleyasında Ermənistanın etirazları müzakirə olunsa da, nüfuzlu şahmat yarışlarının Azərbaycanda təşkilinə dair qərar yekdilliklə qəbul olunub. Yəni, onlar etiraz etsə də, səsvermə zamanı bitərəf qalmayıb. Bu isə o deməkdir ki, Ermənistan nümayəndələri də Dünya Kuboku və Olimpiadanın Azərbaycanda keçirilməsinə səs veriblər. İndi də müzakirələr yolu ilə irəliyə doğru növbəti addımlar atırıq”.