Foqts 96-cı oldu

foqts-96-ci-oldu
Oxunma sayı: 652

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts siyahıda 96-cı pillədə qərarlaşıb. Almaniyalı mütəxəssisin hesabında 2808 xal var. Azərbaycanlı çalışdırıcıların yer almadığı cədvəldə yeganə təmsilçimiz də məhz millimizin alman baş məşqçidir.

Vaxtilə ölkəmizdə çalışmış Aleksandr Starkov və Vinfrid Şafer də reytinq siyahısında yer alıblar. “Bakı” klubunda işləmiş əcnəbilər hazırda müvafiq olaraq Latviya və Tailand millilərinə rəhbərlik edir. Starkov 3396 xalla 73-cü yerdə, Şafer isə 1230 xalla ondan 100 pillə geridədir.

Siyahıya İspaniya yığmasının baş məşqçisi Visente del Boske başçılıq edir – 21.828 xal. İkinci pillədə almaniyalı Yoahim Löv (18.713), üçüncü pillədə isə hollandiyalı Bet van Marveyk (15.327) qərarlaşıb.