Foqts azərbaycanlı məşqçiləri tənqid etdi

foqts-azerbaycanli-mesqcileri-tenqid-etdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun Qol.az-a istinadən verdiyi xəbərə görə, Foqts Azərbaycan futbolunun gələcəyinə ümid etdiyini bildirib: “Azərbaycan futbolunun yaxşı gələcəyi var. Dövlət tərəfindən bu idman növünün inkişafına yaxşı maliyyə ayrılıb”.

Almaniyalı mütəxəssis qeyd edib ki, AFFA-nın futbolun inkişafı yönündəki fəaliyyəti doğrudur.

Foqts açıqlamasında Azərbaycan məşqçiləri tənqid də edib: “Təəssüf ki, eyni sözü klublara şamil etmək olmur. Onların məşqçiləri isə öz üzərlərində yetərincə işləmirlər. Qarşıda hələ çox şey edilməlidir”.