Foqts: “Bəxtimiz gətirmədi”

foqts-bextimiz-getirmedi
Oxunma sayı: 649

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin baş məşqçisi Berti Foqts oyunlar bağlı fikirlərini bildirib: “90 dəqiqə oyundan, matça köklənmədən razı qaldım. Komandamızın oyunu sürətli, kombinasiyalı idi. Təəssüf ki, qol çatışmırdı. Biz bunu sona kimi görə bilmədik. Komandam taktiki cəhətdən düzgün oynadı. Cinahlardan oyun qururduq, ancaq son nöqtəni qoya bilmirik. Bəxtimiz gətirmirdi. Oyundan sonra hesab 5:0 olsaydı, rəqib bundan şikayət edə bilməzdi. Ancaq futbolun qaydası odur ki, topu qapıdan keçirmək lazımdır. Hücumçuları tənqid etmək istərdim. Çünki onlar gözəl qol vurmaq istəyirdilər. Lakin futbolda əsas qol vurmaqdır. Həmin qolun gözəlliyi əhəmiyyət kəsb etmir.

Komandanın çalışqanlığından razı qaldım. Narazılığım qol vura bilməməyimiz, qalib gələ bilməməyimiz oldu. Komandam təcrübə yığmalıdır”.

Qeyd edək ki, Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması son 2 yoldaşlıq görüşündə 1 heç-heçə, 1 məğlubiyyətlə üzləşib. Andorra ilə heç-heçə edən yığmamız daha əvvəl Yaponiya millisinə yenilmişdi – 0:2.