Foqts da seçimini açıqlayıb

foqts-da-secimini-aciqlayib
Oxunma sayı: 1050


 “Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, Foqtsun Kriştianu Ronaldunu (Portuqaliya yığması, “Real” (Madrid), İspaniya) seçəcəyi artıq əvvəlcədən məlum idi. Alman mütəxəssis ikinciliyi Filipp Lama (Almaniya yığması, “Bavariya” (Münhen), Almaniya), üçüncülüyü isə  Levandovskiyə (Polşa yığması, “Borussiya” (Dortmund), Almaniya) verib.

Kapitanımız Sadıqov isə Riberi (Fransa yığması, “Bavariya”), Kriştianu Ronaldu və Zlatan İbrahimoviç (İsveç yığması, PSJ, Fransa) ardıcıllığını müəyyən edib.

Xatırladaq ki, nüfuzlu mükafatın qalibi adını Kriştianu Ronaldu qazanıb.