Foqts Fərhad Vəliyevi milliyə qaytarır

foqts-ferhad-veliyevi-milliye-qaytarir
Oxunma sayı: 688

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçının qarşıdan gələn DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə oyuna çağırılması istisna deyil.

Bunu açıqlamasında Vəliyev özü də təsdiqləyib. “Qarabağ”ın qapıçısı bildirib ki, həqiqətən də ona zəng ediblər və hətta Britaniyaya viza açdırmaq üçün onun pasportunu da alıblar: “Mənə dedilər ki, Azərbaycan yığmasına çağırılmağa hazır ol”.

Qeyd edək ki, yığmamızda hazırda qapıçı problemi var. Millimizin əsas qapıçısı Kamran Ağayev uzun müddətdi oyun təcrübəsindən əziyyət çəkir. Düzdü, Foqts hər şeyə rəğmən, ona dəvət göndərir, hətta çərçivəni də məhz Ağayevə həvalə edirdi. Amma Kamran Şimali İrlandiya ilə qarşıdakı oyunu buraxmalı olacaq. Çünki o, sarı vərəqə limitini doldurduğu üçün, bu görüşdə komandamıza kömək edə bilməyəcək. Məhz bu üzdən Foqts vaxtilə yığmamızın əsas qapıçısı olmuş Vəliyevi geri qaytarmaq məcburiyyətində qalıb. Buna həm də Fərhadın son dövrlər “Qarabağ”ın heyətində daha çox oyuna çıxmasıdı.

Şimali İrlandiya – Azərbaycan matçının noyabrın 14-də Belfastda keçiriləcəyini də qeyd edək.