Foqtsun həmyerlisi mətbuat konfransına gəlmədi

foqtsun-hemyerlisi-metbuat-konfransina-gelmedi
Oxunma sayı: 665

“Qafqazinfo”nun “Premyerliqa.az”a istinadən verdiyi məlumata görə, dünən Bakıda keçirilən mətbuat konfransına qatılmayan rəqib komandanın baş məşqçisi, jurnalistlərə hörmətsizlik edib. Lövü Almaniya yığmasının meneceri Oliver Birhoff əvəzləyib. O, baş məşqçinin mətbuat konfransına gəlməməsini belə izah edib: “O, son günlərdə mətbuata çox müsahibə verib. İndi bütün fikirləri Azərbaycanla oyuna yönəldib”.

Qeyd edək ki, Löv 2009-cu ildə də Bakıya səfəri zamanı mətbuat konfransına da qatılmamışdı.