“Forbes” ilin ən çox qazanan məşhurlarını açıqladı - Siyahı

forbes-ilin-en-cox-qazanan-meshurlarini-aciqladi
Oxunma sayı: 2433

“Forbes” jurnalı 2019-cu ilin ən çox qazanan məşhurlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı Taylor Svift son bir ildə 185 milyon dollar qazanıb.

Siyahıya başçılıq edən ifaçı “Reputation” albomuyla çıxdığı dünya turunda qazandığı 226,1 milyon dollarla ABŞ tarixinə düşüb. Onun albomu ilk həftəsində 2 milyondan çox satılıb.

2019-cu ilin ən çox qazanan ikinci məşhuru isə Kylie Jennerdir. O, son bir il ərzində 170 milyon dollar əldə edib. İlk üçlüyü isə 150 milyon dollar qazanan Kanye Vest qapayır.

“Barselona”nın ulduz futbolçusu Lionel Messi 127 milyon dollarlıq gəlirlə 4-cüdür. 110 milyon dollar qazanan ingilis sənətçisi Edvard Kristoper Şeeran isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, 100 nəfərlik siyahıda 38-i müsiqiçi, 34-ü isə idman aləminin nümayəndələridir.