Forbes ilk dəfə kriptovalyuta milyarderlərinin adını açıqladı

Forbes ilk dəfə kriptovalyuta milyarderlərinin adını açıqladı
Oxunma sayı: 1136

Forbes ilk dəfə olaraq kriptovalyuta sahəsində zəngin olan insanların siyahısını hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, jurnal siyahıdakı milyonçuların sərvətlərini dəyərləndirərkən dəqiq rəqəmlər deyil, təxmini qiymət aralığı göstərib. Bu, kriptovalyuta bazarının şəffaf olmaması və dəyişkənliyi ilə əlaqədardır. 

Siyahıda ümumilikdə 19 nəfər var. Ona Kris Larsen başçılıq edib. Larsen ödəniş sistemi üçün kriptovalyuta platforması olan Ripplenin həmtəsisçisidir. Forbes onun sərvətinin 7,5-8 milyard dollar olduğunu yazır. 

Siyahıda dünyanın ilk kriptovalyuta milyarderləri hesab edilən Tayler və Kemeron Uinklvoss qardaşları da var. Qardaşlar Mark Zukerberqin “Facebook” ideyasını onlardan oğurladığını iddia edərək 2008-ci ildə məhkəmə çəkişməsinə girmişdilər. Onların sərvəti isə 900 milyon-1,1 milyard dollar təşkil edir. 

Yeni milyonçular arasında Kanadada yaşayan əslən rusiyalı, 24 yaşlı Vitalik  Buterin də var. Buterin Bitkoindən sonra ikinci ən məşhur Ethereum kriptovalyutasının yaradıcısıdır. Onun sərvəti isə 400-500 milyon dollar olaraq dəyərləndirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi