“Forbes Qazaxıstan”da axtarış, jurnalistlər saxlanıldı

forbes-qazaxistanda-axtaris-jurnalistler-saxlanildi
Oxunma sayı: 1188

“Forbes Qazaxıstan” jurnalının redaksiyasında axtarış aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nəşrin redaktoru feysbuk hesabında yazıb. Jurnal bir neçə əməkdaşının saxlanıldığını bildirib.

Axtarış tədbirləri bilərəkdən yalan məlumat yaymaqla bağlı açılan cinayət işi çərçivəsində aparılır.

Baş redaktor Askar Aukenov məlumat verib ki, hüquq-mühafizə orqanlarına qazaxıstanlı biznesmen Zeynulla Kakimjanov şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, Kakimjanov müxtəlif vaxtlarda dövlət vəzifələrində çalışıb. O, ölkənin maliyyə naziri, prezidentin köməkçisi olub.