“Ford” marixuana ilə saxlanıldı

ford-marixuana-ile-saxlanildi
Oxunma sayı: 778

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Cabbarzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkar edilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Cabbarzadənin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı polis əməkdaşları oradan çəkisi 8 kiloqramdan artıq marixuana da aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.