Formula-1 Azərbaycan Qran-Prisi başladı

formula-1-azerbaycan-qran-prisi-basladi
Oxunma sayı: 643

Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinin - Azərbaycan Qran-Prisi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimidir: Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykonnen, Sebastian Fettel (hər ikisi "Ferrari"), Maks Ferstappen ("Red Bull Racing"), Serxio Peres, Esteban Okon (hər ikisi "Force İndia"), Lanse Stroll, Felipe Massa (hər ikisi "Williams"), Daniel Rikkiardo ("Red Bull Racing"), Daniil Kvyat, Karlos Sainz (hər ikisi "Toro Rosso"), Kevin Maqnussen ("Haas"), Niko Hulkenberq ("Renault"), Paskal Verlein ("Sauber"), Fernando Alonso ("McLaren"), Romain Qrojan ("Haas"), Markus Eriksson ("Sauber"), Stoffel Vandurne ("McLaren"), Colion Palmer ("Renault").