Formula 1-də himnimizi onlar oxuyacaq

formula-1-de-himnimizi-onlar-oxuyacaq
Oxunma sayı: 2373

Bakıda keçiriləcək "Formula 1" qran-prisinin bu ilki mərhələsində bir sıra yeniliklər olacaq. “Qafqazinfo” xəbər verir ki, yarışdan öncə sürücülərin paradı keçiriləcək.

Pilotlar yarış günü - aprelin 28-də xüsusi xalça üzərində yürüş edəcək.

Azərbaycan Qran Prisinin 1001-ci yarış olması ilə əlaqədar xalçanın üzərində 1001 rəqəmi əks olunacaq. 

Pilotları 25 rəqqas müşayiət edəcək. 

Digər yenilik isə himnimizlə bağlıdır. Belə ki, himnimiz Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.

Himnimiz tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq.

Elsevər