Formula 1-in yüksək pilləsinə qalxmış Mercedes-Benz komandası

formula-1-in-yuksek-pillesine-qalxmis-mercedes-benz-komandasi
Oxunma sayı: 845

Bakıda aprel ayı ən möhtəşəm hadisə - Formula 1 yarışları ilə başa çatdı. Artıq üçüncü ildir ki, bolidlər Sahilyanı bulvar boyu salınmış yolla şütüyərək, Xəzər dənizi sahillərinin məşhur küləyi ilə sürət yarışına çıxıblar. Bu günlər həmin parkın bir neçə kilometri kral yarışları həvəskarlarına və pərəstişkarlarına sanki kaleydoskopda yerli koloritlə üzvi surətdə birləşən müxtəlif bayram “adacıqları” təklif edərək yarış tədbirinin tam hüquqlu hissəsinə çevrilir.

"Qafqazinfo" xəbər verir ki, Formula 1 Azerbaijan-ın daimi iştirakçıları – pilotu Lyüis Hemiltonun şərəf kürsüsünün ən yüksək pilləsinə qalxmış Mercedes-Benz komandası Azərbaycanda Mercedes-Benz-in nümayəndəliyi tərəfindən dəstək alıb.

Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi "Autocapital-Azerbaijan", Azərbaycanda Mercedes-Benz-in rəsmi dilerləri "Autostar Kaukakasus GmbH" və "Absheron Automobil Center" aprel yarışlarının ümumi mənzərəinə “daha bir parlaq ştrix əlavə etmək” kimi gözəl imkandan da istifadə etməyi yaddan çıxarmadılar.

2018-ci il aprelin 28-də Bakının ən dəbli əyləncə müəssisələrindən biri – Enerji Club-da "Mercedes-Benz Formula 1 Event" baş tutdu. Rahat ab-hava, qızğın musiqi, atəşli musiqili şou - gözəl yaz gecəsinin yalnız bir hissəsi idi ki, onun da ayrılmaz hissəsi ilk yarınilliyin ən gözlənilən intriqası oldu. Bu gecə çərçivəsində Mercedes-Benz CLS-in yeni modelinin təqdimatı baş tutdu. Qüsursuz, üslublu və görünən kimi dərhal Mercedes-Benz məhsulları pərəstişkarlarının “mühasirəsinə” düşən Mercedes-Benz CLS-i təqdimat meydançasına brend komandanın pilotu Valtteri Bottas gətirdi. Bir neçə sualı cavablandırdıqdan və qısa avtoqraf- və fotosessiyada təbəssümlə poza verdikdən sonra o, pərəstişkarlarının xoş arzularına səmimiyyətlə cavab verdi.

O, bu gözəl gecəni yalnız növbəti mühüm günə görə tərk etməyə məcbur olduğunu qeyd edərək, bir daha yeni CLS-in əla keyfiyyətləri barədə danışaraq həlledici çıxışdan qabaq dincəlməyə getdi.

Gecənin qonaqlarını isə əyləncəli proqramın davamı gözləyirdi. Gecədə hədiyyəsi Sardiniyada «Forte Village Resort» kurort kompleksində istirahət etmək üçün sertifikat olan lotereya oynanıldı. Və qalibin bir nəfər olmasına baxmayaraq, bu, Enerji Club mətbəxinin yeməklərindən həzz alan, al-əlvan salyutu xatırlayan, həmçinin avtomobilə yaxınlaşan və məmnuniyyətlə məşhur avtobrendin bütün “gözəllikləri” ilə tanış olan qonaqların əhval-ruhiyyyəsini pozmadı.