“Formula 1”ə hazırlıqla bağlı paytaxt sakinlərinə xəbərdarlıq

formula-1e-hazirliqla-bagli-paytaxt-sakinlerine-xeberdarliq
Oxunma sayı: 1401

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlərin quraşdırılması işini davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, BŞH-dən bildiriblər ki, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə parklanma yerlərindən istifadə etsinlər.

Əməliyyat Şirkəti hamını yeni mövsümdə “İlin ən yaxşı yarışı” adına layiq yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır.