“Formula 1”in 7 qat çempionu təqaüdə çıxır

formula-1in-7-qat-cempionu-teqaude-cixir
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, bunu yarışçının özü keçirdiyi mətbuat konfransında bildirib. Schumacher dünyanın ən önəmli sürücüləri ilə rəqabət aparmaq gücündə olduğunu, lakin “əlvida deməyin” vaxtı gəlib çatdığını qey edib.

43 yaşlı çempion hələlik təqaüdə çıxdıqdan sonra nə edəcəyi barədə düşünmədiyini də ifadə edib: “Yarışları buraxdıqdan sonra nə edəcəyimi düşünməmişəm. Çünki hazırda yalnız qarşıdakı 6 yarışa diqqət ayırıram”.

Mercedes-AMG komnadasının müdiri Ross Brawn isə Schumacheri “yüz ilin ən cəsur yarışçısı” adlandırıb və onunla birgə çalışdığı üçün özünü fərqli hiss etdiyini bildirib.

Xatırladaq ki, Schumacher 2006-cı ildə də Formual 1-i buraxdığını desə də, 2010-cu ildə yenidən yarışlara qoşulub. Qatıldığı yarışlardan 91-də qələbə qazanan Michael 7 dəfə çempion olub. O, hazırda Formula 1 yarışlarındakı dünya rekordunu da əlində saxlayır.

Sevinc