Forum Delta Telecomdan nə istəyir?

forum-delta-telecomdan-ne-isteyir
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, müraciətdə qeyd olunub ki, mənzillərə təklif olunan internet xidmətinin keyfiyyəti aşağı düşməkdə davam edir. İctimai nəzarət imkanlarının və dövlət nəzarətinin yetərli olmadığı şəraitdə xidmətin keyfiyyət səviyyəsi daha pis vəziyyətə çatıb. İstifadəçilər müqavilədə nəzərdə tutulan sürəti əldə edə bilmirlər.
Müraciətdə o da bildirilib ki, istifadəçilərin “çəkidə aldadılmasının” bir səbəbi infrastruktur problemləri ilə bağlıdırsa, eyni zamanda və əsasən də provayderlərin məsuliyyətsizliyi ilə bağlıdır. Əksər provayderlər aldıqları “az” trafiki daha çox müştərilər arasında bölməyə çalışırlar ki, nəticədə də son istifadəçi keyfiyyətsiz internet əldə edir. Delta Telekom tərəfindən Provayderlərə satılan İnternet trafikin açıqlanması nəinki ictimai nəzarət imkanlarını genişləndirir, həmçinin dövlət qurumlarının da daha effektiv nəzarətinə imkan yaradır. Şirkət tərəfindən bu addımın atılması sonda ölkədə İnternetin keyfiyyətinin yüksəlməsinə, şəffaf İnternet bazarının formalaşmasına, sərbəst və azad rəqabətin güclənməsinə və provayderlərin məsuliyyətinin artmasına gətirib çıxaracaq.
Qey edək ki, ölkədə 2-ci bakbone Provayderi fəaliyyətə başlayandan sonra Milli operator olan Delta Telekom şirkəti kommersiya məqsədləri baxımından bu xidmətin onlayn fəaliyyətini dayandırıb. Eyni zamanda hər bir Provayderin ATS-in imkanlarından istifadə etməklə İnternetə qoşulan müştərilərinin sayının açıqlanması ilə bağlı AİF-in bir müddət əvvəlki Müraciəti RİTN tərəfindən təmin olunmayıb və keyfiyyətə nəzarətlə bağlı alternativlər təqdim edilməyib.