Foto çəkməyə başladı, hər şey dəyişdi...

foto-cekmeye-basladi-her-sey-deyisdi
Oxunma sayı: 1069

“Təqribən iki il bundan qabaq ətrafımdakı gözəlliklərin fərqində deyildim. Ancaq fotoaparat aldıqdan sonra həyatım tamam dəyişdi. Uşaqlarımın şəklini çəkdikcə, dünyanı bambaşqa bir formada görməyə başladım”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri fotoqraf Filip Haumesser xarici mətbuata müsahibəsində deyib. Hər şeyin işıqdan asılı olduğunu bildirən fotoqraf doğru bucağı tapan zaman səhnənin tamam dəyişdiyini gördüyü söyləyib.

Odur ki, fotoqraf sayt açaraq ödənişsiz fotoqrafiya dərsləri verməyə başlayıb: “Hər kəsin eyni təcrübəyə sahib olmasını istəyirəm. Ucuz kamera və ucuz lens ilə nələr etmək olduğunu göstərmək istəyirəm. Kameram yanımda olmadıqda mobil telefonumdan istifadə edirəm. Əsas olan doğru işığı qura bilməkdir”.

Filipin müqayisəli şəkildə təqdim etdiyi fotolar:

Günel Hacı