Foto və video çəkilişi üçün ən mükəmməl smartfon bəlli oldu

foto-ve-video-cekilisi-ucun-en-mukemmel-smartfon-belli-oldu
Oxunma sayı: 1961

“Huawei P20 PRO” smartfonunun kamerası foto və video çəkilişi üçün ən mükəmməl qurğu hesab edilib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu smartfonun sahibləri, hətta aşağı işıqlanma şəraitində keyfiyyətli şəkillər çəkmək imkanına malikdirlər.

Cihaz, kamerasının altıoxlu sabitləşmə sistemi, saniyələr ərzində fokuslanma imkanına malik 4D avtofokus xüsusiyyəti modeli daha cəlbedici edir.

Xatırladaq ki, bundan əvvəl “Apple iPhone X” smartfonu çəkiliş üçün ən yaxşı kamera hesab edilirdi. Amma Çin istehsalçıları yeniliklərin surətini tez çıxarırlar, smartfonlar arasında rəqabət isə özünü məhz detallarda göstərir.