Fotoqraf deyil, amma çəkdiyi fotolara baxın...

fotoqraf-deyil-amma-cekdiyi-fotolara-baxin
Oxunma sayı: 1855

“Bakı Metropolitenində Aparacı Mütəxəssis işləyirəm, ancaq fotoqrafiya mənim üçün həyat, ruhumun bir parçasıdır”.

Bu sözləri “Qafqazinfo”ya Azərbaycanın müxtəlif güşələrində çəkdiyi fotolar ilə son zamanlarda adını tanıdan fotoqraf Rüstəm Məhərrəmov deyib. Artıq 3 ildir ki, bu işlə məşğul olan fotoqraf daha çox təbiət və insan fotolarını çəkməyi sevir:

“Xüsüsilə təbiət və insanı eyni kadrda çəkmək ən çox sevdiyim kadrlardandır. Uğurlu kadr fotoqrafın şəkil vasitəsilə duyğularını və hiss etdiklərini izləyiciyə çatdırmasıdır. İzləyici özünü şəkildə təsəvvür edirsə, bu, mənim üçün uğurlu kadrdır. Baxmayaraq ki, əsl peşəm fərqlidir, ancaq fotoqrafiya təbiət ilə aramda bir bağlantıdır”.

Həvəskar fotoqraf olsa da, onun hazırda instaqramda 63 mindən çox izləyicisi var. 

Odur ki, Rüstəm Məhərrəmovun fotoları ilə Azərbaycanı qiyabi bir səyahətə çıxaq. 

Günel Hacı