Fövqəladə vəziyyət daha 3 ay uzadıldı

fovqelade-veziyyet-daha-3-ay-uzadildi
Oxunma sayı: 1110

Türkiyə Böyük Millət Məclisi ölkədə fövqəladə vəziyyətin daha üç aylıq uzadılması haqqında qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, parlament üzvlərinin əksəriyyəti qanun layihəsinin qəbul olunmasına səs verib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.