Fransa-Azərbaycan Komissiyası yaradılacaq

Fransa-Azərbaycan Komissiyası yaradılacaq
Oxunma sayı: 350

Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün komissiya yaradılacaq.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bunu bu gün  Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatda bildirib.
 
Fransalı nazir deyib ki, iki ölkənin iqtisadi əlaqələri genişdir, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə böyük perspektivlər var:

“Bununla bağlı Fransa-Azərbaycan komissiyası yaradılacaq ki, bu mövzular ətrafında müzakirələr aparılsın. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi