Fransa BMT-ni təcili toplantıya çağırır

fransa-bmt-ni-tecili-toplantiya-cagirir
Oxunma sayı: 1981

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian BMT-ni təcili toplantıya çağıracaqlarını bəyan edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, XİN rəhbəri Əl-Cəzirədə keçirdiyi Qərbi Aralıq dənizi ölkələrinin Xarici işlər nazirlərinin görüşündən sonar jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrə görə narahat olduğunu bildirib.

“Fransa Suriyadakı vəziyyətdən və bunun getdikcə pisləşməsindən çox narahatdır. Ölkədə insanların durumunu müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasını təcili toplantıya çağıracağıq”, - deyə Drian söyləyib.

Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.