Fransa ilə münasibətlərə yenidən baxılsın

fransa-ile-munasibetlere-yeniden-baxilsin
Oxunma sayı: 642

İdarə Heyəti üzvləri ilk növbədə Fransa prezidenti N.Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələri və onun bu səfər çərçivəsində İrəvandakı Türkiyə və Azərbaycan əleyhinə yönələn təhdidedici bəyanatlarına kəskin münasibət bildirib və bu bəyanatların son vaxtlar Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasına xidmət edən digər hadisələrlə yaxından bağlı olduğunu diqqətə çəkib.

İH üzvləri, AŞ PA-da Fransa deputatları da daxil olmaqla 32 deputatın Qarabağın müstəqilliyinin tanınması təşəbbüsü ilə çıxış etməsi, erməni əsilli senator C.Smitiyanın ölkəmizə səfərindən sonra Azərbaycan qanunlarına məhəl qoymadan Dağlıq Qarabağa səfər edərək separatçı Qarabağ rejimi ilə həmrəylik nümayiş etdirməsi və bu olaylardan sonra N.Sarkozinin İrəvan səfərində Türkiyə və Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi faktlarının təsadüfü üst-üstə düşən faktlar deyil, əksinə, bu hadisələrin arxasında bəzi ermənipərəst Avropa dövlətləri və beynəlxalq strukturlarının Türkiyə və Azərbaycan bağlılığını pozmaq istiqamətində gerçəkləşdirmək istədikləri bədnam niyyətlərin durduğunu ictimaiyyətin diqqətinə çatdırıb.

İH üzvləri N.Sarkozinin İrəvan səfəri zamanı Türkiyəni qondarma erməni genosidini tanımadığına görə hədələməsini, bu ölkəni kəskin və alçaldıcı bəyanatlarla təhdid etməsini, açıq şəkildə ermənipərəst mövqe sərgiləməsini qətiyyətlə pisləyib və diplomatik normalara uyğun gəlməyən bu hərəkətlərin ölkələrarası dinc əməkdaşlıq prinsiplərinin qorunması barədə beynəlxalq hüquqa zidd olduğunu bildirib və onun bu davranışlarını həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupundakı missiyası ilə bir araya sığmadığını bir daha qeyd edib.

İH üzvləri Sarkozinin Türkiyəni genosidi tanımadığı halda öz ölkəsində genosidi inkar edənlərə qarşı cinayət məsuliyyəti yaradacaq qanunun qəbul edilməsini təmin edəcəyi barədə etdiyi jestlərə cavab olaraq Türkiyə və Azərbaycan parlamentlərində də bu ölkənin Əlcəzair və digər müstəmləkə ölkələrinə qarşı apardığı aparteid siyasətinin və törətdikləri genosidin analoji olaraq müzakirəyə çıxarılmasının vacibliyini diqqətə çatdırıb və Fransa ilə əlaqələrə yenidən baxmağa çağırıb.

İH üzvləri N.Sarkozinin Ermənistanda Türkiyə və Azərbaycan əleyhinə səsləndirdiyi alçaldıcı bəyanatlardan sonra onun Azərbaycanda yüksək rəsmi törənlə qarşılanmasının milli maraqlarımıza zidd olduğunu bildirib və onun Türkiyə və Azərbaycan birliyinə qarşı yönəlmiş kəskin bəyanatlarına hakimiyyət tərəfindən adekvat reaksiya verilməməsindən təəssüfləndiyini bildirib.