Fransa kanalında Azərbaycanın tanıtım çarxı yayımlanır

fransa-kanalinda-azerbaycanin-tanitim-carxi-yayimlanir
Oxunma sayı: 1780

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan növbəti videoçarxın nümayişi aprelin 9-da Fransanın “Mezzo” telekanalında yayımlanmağa başlanıb.

“Qafazinfo” xəbər verir ki, Azərbaycanın memarlığının, təbiətinin və mətbəxinin zənginliyinin əks olunduğu videoçarxda dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin musiqisindən istifadə olunub.
Videoçarxın təsviri Bakıdan, gecə vaxtı işıqları sayrışan Alov qüllələrindən başlayaraq, Qəbələ musiqi festivalının açıq hava səhnəsində orkestrin ifası ilə davam edir. 

Qeyd edək ki,“Mezzo” televiziya kanalı 1992-ci ildən yayımlanır. Telekanal klassik musiqi, caz, musiqili folklora xüsusi yer verilir. Kanal əsasən konsertlər, festivallar zamanı canlı yayımda lentə alınmış musiqi proqramlarını nümayiş etdirir. Yayım şəbəkəsinə konsert, opera və balet tamaşalarının canlı yayımı, eləcə də musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.