Fransa Kənd təsərrüfatı naziri “Azərsun Holdinq”də

fransa-kend-teserrufati-naziri-azersun-holdinqde
Oxunma sayı: 2209


Ölkəmizdə səfərdə olan Fransa Kənd Təsərrüfatı Naziri Guillaume Garot və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərsun Sənaye Parkında inşası tamamlanan Sumqayıt Yağ Fabriki ilə tanış olub. 

“Qafqazinfo” xəbər verir ki, “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəl, qonağa ölkəmizdə sahibkarlığa dövlət qayğısı və aparılan iqtisadi siyasət barədə ətraflı məlumat verib.  Müəssisə ilə tanış olan Fransalı qonaq müasir istehsal avadanlıqları, istehsal şəraiti və laborotoriya ilə yaxından tanış olub. Nazir Guillaume Garot müəssisəni və ölkəmizdə görülən işləri yüksək qiymətləndirib və çıxışında bildirib “Azərbaycan Avropaya inteqrasiya edir. Bu  “Azərsun Holdinq”in timsalında daha aydın görünür”. 

Qonaqlar “Azərsun Holdinq”in istehsalı olan “Zeytun Bağları”, “Final”, “Royal”, “Supersun”, “Teksun” yağlarının istehsal sahələrini gəzmiş və məhsulları yüksək qiymətləndiriblər. Bu məhsullar Azərbaycan mətbəxinin təmsil olunduğu müxtəlif kulinariya müsabiqələrində mətbəximizi uğurla təmsil edir.