Fransa neft və qaz hasilatını dayandıracaq

fransa-neft-ve-qaz-hasilatini-dayandiracaq
Oxunma sayı: 1133

Fransa Milli Məclisi ölkədə neft və qaz hasilatının 2040-ci ildə dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, layihə 69  əleyhinə, 316 leyhinə səslə qəbul edilib.

Qanuna görə, Fransa 2040-ci ildən ölkə ərazisində neft və qaz kimi karbohidrogen axtarışına icazə verməyəcək və mövcud olan müqavilələri isə uzatmayacaq.