Fransa öz meydanında almanlardan zəif oldu

fransa-oz-meydaninda-almanlardan-zeif-oldu
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, Fransa Almaniya yığması ilə qarşılaşıb . Almanlar 2-1 hesabı ilə qələbə qazanıblar. Baxmayaraq ki, hesabı fransalı Valbuena açıb daha sonra Müller və Kediranın vurduğu qollar Almaniyaya qələbə gətirib. Bu qələbədə türk əsilli futbolçu Məsud Özilin də payı az olmayıb. Komandasının əksər hücümlarını quran və futbolçuları topla təmin edən Özil özünü bu oyunda bir daha sübut edib.

Digər bir baxımlı oyun İsveç və Argentina arasında olub. Messi ilə Zlatan İbrahimoviçin üz-üzə gəldiyi mübarizədən Messi qalib kimi ayrılıb . Belə ki, Argentina 3-2 hesablı qələbə qazanıb. Argentinada qolları Serxiyo Aquero,Hiquain və isveçli futbolçu Mikael Lustinq öz qapısına vurub. İsveçdə isə Rasmus Elm, Jonas Olsso fərqləniblər.