Fransa polisi mühacirlərə işgəncə verib

fransa-polisi-muhacirlere-isgence-verib
Oxunma sayı: 1650

Fransa polisinin mühacirlərə işgəncə verməsi ilə bağlı iddialar yayılıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, mərkəzi İngiltərədə olan yardım təşkilatı “Oxfam”ın yaydığı hesabatda qeyd olunub ki, barəsində departasiya edilən ailələrin uşaqları və valideynlərinin ayaqqabılarının dabanları kəsilir. Bu da “bir daha gəlməyə cəsarət etməyin” mesajı vermək üçündür. 

Hesabatlarda bildirilir ki, yetkinlik yaşına çatmayan və 40 günlük uşağı olan bir qadını polis avtoyoldan İtaliyanın sərhəd qəsəbəsinə kimi piyada getməyə məcbur edib.

Mühacirlər ac-susuz, telefonlarındakı sim nömrələri çıxarılaraq sərhəddən göndərilir. Eyni zamanda uşaqların sənədlərində  təvəllüdlərini böyüdərək departasiya etdikləri iddia olunur.

İtaliyanın yardım təşkilatı olan İntersos da oxşar iddialar irəli sürüb. Onlar açıqlamalarında bildiriblər ki, departasiya olunan uşaqlar ailələrinə zəng edə bilməmələri üçün onların sim kart nömrələri müsadirə olunur.

Fransa prezidenti Emmanuel Makron isə İtaliyada 629 qaçqın olan gəminin limana buraxılmamasını tənqid etmişdi. İtaliyalı nazir Matteo Salvini isə Fransanın bu ilin 5 ayı ərzində 10 min 524 qaçqını sərhədddən geri qaytardığını bildirib.

Murad Əhməd