Fransada yüksək terror təhlükəsi səviyyəsi elan edilir

fransada-yuksek-terror-tehlukesi-seviyyesi-elan-edilir
Oxunma sayı: 1133

Fransanın Strazburq şəhərində Yeni il yarmarkasına edilən silahlı hücumdan sonra polis Notr Dam kilsəsi ətrafında əməliyyata başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Fransanın daxili işlər nazirinin köməkçisi açıqlamasında bildirib ki, silahlı hücumla bağlı istintaq davam edir, lakin cinayətkarın ölkəni tərk edib-etməməsi hələ bilinmir. Eyni zamanda, hücumun terrorla əlaqəli olmasına dair hələ ki, hər hansı sübut tapılmayıb. 

Ölkənin DİN rəhbəri Kristof Kastanerin sözlərinə görə, hazırda Fransada antiterror tədbirlər planı gücləndirilib. Hökumət yüksək terror təhlükəsi səviyyəsi elan etməyi qərarlaşdırıb. Bununla da, sərhədlərdə gücləndirilmiş nəzarət həyata keçiriləcək. Eyni zamanda, yüksək nəzarət Fransanın bütün yeni il bazarlarında təmin ediləcək. 

İnterpol rəhbəri isə bəyan edib ki, təşkilat insidentin araşdırılması üçün Fransa hökumətinə lazımi köməkliyi göstərməyə hazırdır. 

Şahidlərin sözlərinə görə, insidentdən sonra silahlı şəxs taksiyə əyləşərək oradan uzaqlaşıb. 

 

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb.