Fransa ruhaniləri ölkədən çıxarır

fransa-ruhanileri-olkeden-cixarir
Oxunma sayı: 637

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Fransanın Daxili İşlər naziri Klod Qean aralarında bir türk imamın da olduğu 5 nəfərin ölkədən çıxarılacağını açıqlayıb. Türkiyə mətbuatı Fransadan qovulacaq türkiyəli imamın Yusif Yüksəl olduğunu yazıb.

Fransa DİN-in açıqlamasında ölkədən çıxarılacaq şəxslər araında əlcəzairli mühacirin və Mali əsilli imamın da olduğu bildirilib. Habelə açıqlamada ölkədən çıxarılacaq digər şəxslərin Səudiyyə Ərəbistanlı imam və bir Tunis vətəndaşı olduğu qeyd edilib.

Nazirliyin açıqlamasında sözügedən şəxslərin “radikal” görüşlərə sahib olduqları iddia olunaraq, onları Fransadakı yəhudilərə və qərblilərə qarşı əks-təbliğat aparmaqda ittiham edib. Fransa DİN-ə görə, sözügedən şəxslərin ölkədən çıxarılmasının digər səbəbi onların qadınların cəmiyyətdən təcrid olunması istiqamətində də fəaliyyət göstərməsidir.