Fransa səfiri ali məktəbdə - Fotolar

fransa-sefiri-ali-mektebde-fotolar
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, fəaliyyətə başlamasının ilk ili olduğuna baxmayaraq Ali Məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olub. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyinə və məzunlara 2 diplom veriləcəyini qonağın diqqətinə çatdırıb. Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsində də inkişaf edən münasibətlərdən danışan E. Qasımov H.Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək “Fransız məktəbi”nin bunun bariz nümunəsi olduğunu qeyd edib.Fransa təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, bu məqsədlə Fransanın “Total E&P Azərbaycan” şirkəti və Fransanın məşhur elm və təhsil müəsissələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi sahəsində razılıq əldə olunub.
Səfir Paskal Mönye bildirib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq hal olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbi ilə “Total E&P Azərbaycan” şirkəti arasında yaranan əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək, BANM-lə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış İFP School (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirib.