Fransa səfirliyində xüsusi təlim keçiriləcək

fransa-sefirliyinde-xususi-telim-kecirilecek
Oxunma sayı: 631


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, təlimin saat 15.00-da başlanması nəzərdə tutulur.

Təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.